EN

Qazaxıstan Rusiya və Azərbaycanın qəza ilə bağlı məhkəmə-tibbi ekspertizada iştirakına icazə verməyəcək - Kanat Bozumbayev

Qazaxıstan Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya və Azərbaycan mütəxəssislərinin məhkəmə-tibbi ekspertizada iştirakına icazə verməyəcək. Trend Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Bozumbayevin sözlərinə görə, əcnəbi mütəxəssislər qəzanın araşdırılmasında iştirak edə biləcəklər.

“Cinayət Prosessual Məcəlləsinə əsasən, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının cinayət təhqiqatında iştirakı nəzərdə tutulmur. Bununla belə, onlara təyyarə qəzası ilə bağlı araşdırmalarda iştirak etmək imkanı veriləcək”, – deyə baş nazirin müavini vurğulayıb.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Chosen
12
50
yenigundem.az

10Sources