EN

Rusiyada daha iki hava limanı fəaliyyətini dayandırdı

Uçuşların təhlükəsizliyini təmin etmək üçün Soçi və Kazan hava limanları bağlanıb. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün cümə günü, dekabrın 27-də Moskva vaxtı ilə saat 5:00 radələrində Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyuldu”, – məlumatda qeyd olunub.

Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, təyyarənin ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

Soçi ilə yanaşı, Kazan hava limanında da məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, ötən gün uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Chosen
7
7
nocomment.az

10Sources