EN

Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gundem.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb.

Belə ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidindən 156-ya çatdırılır. Agentliyin Aparatı üzrə ştat vahidi 63-dən 68-ə qaldırılır.

Chosen
3
11
gundem.az

10Sources