EN

"NATO Baltik dənizində hərbi mövcudluğunu artıracaq" - Rutte

NATO Baltik dənizində hərbi mövcudluğunu artırmaq qərarına gəlib.

 

Sfera.az bildirir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte sosial media hesabından açıqlama verib.  

 

O, Finlandiya və Estoniya arasında elektrik şəbəkəsinin və Baltik dənizində telekommunikasiya kabellərinin qoşulmasında yaranan fasilələrdən sonra bu qərarın verildiyini bildirib.

 

O, Finlandiya Prezidenti Aleksander Stubb ilə telefonda danışdığını və işıqların kəsilməsi ilə bağlı təxribat təhqiqatını müzakirə etdiyini yazıb. Dəstəyini ifadə etdiyini bildirən Rutte, “NATO Baltik dənizindəki hərbi varlığını artıracaq”, deyə qeyd edib.

 

Xatırladaq ki, Finlandiya mediası, dekabrın 25-də yerli vaxtla saat 12:26-da şəbəkədə fasilə yarandığını açıqlayıb. Avropa Birliyi isə Rusiyanın kəsintilərə görə məsuliyyət daşıdığını bildirib. Eyni zamanda, Avropanın kritik infrastrukturuna hücumlarına görə bu ölkəyə qarşı əlavə sanksiyaların hazırlanacağı açıqlanıb. 

 

Günay 

Chosen
13
sfera.az

1Sources