EN

Təkər zavodunda fəhlələrə Pampers geyindirilir: qeyri-humanist münasibət

Mədəni fərqlər Çin şirkətlərinin ölkədən kənarda fəaliyyətinə mane olur. 

Avtosfer.az xəbər verir ki, MAN şirkəti Çinin təkər istehsalçısı “Shandong Linglong Tire”la əməkdaşlığı dayandırıb. Səbəb Serbiyadakı zavodda vyetnamlı işçilərin istismar edilməsidir.

Son illərdə mediada yer alan xəbərlərə görə, iş üçün gətirilən vyetnamlılar soyuq baraklara yerləşdirilib və pasportları əllərindən alınıb. Ən dəhşətlisi isə onların çılpaq şəkildə Pampers geyinərək işlədilməsidir. Çünki onlara iş saatlarında tualetə getməyə icazə verilməyib. 

Qeyd edək ki, bu günlərdə BYD-nin Braziliyadakı zavodunda da oxşar vəziyyətin hökm sürdüyü barədə xəbərlər yayılıb.

Vüqar

Chosen
6
avtosfer.az

1Sources