EN

Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən İDDİA: Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumları hazırlanır

ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumları hazırlayır. Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

 İdarə iddia edir ki, Britaniya kəşfiyyat xidmətlərinin fikrincə, Suriyadakı Rusiya hərbi obyektlərinə qarşı terror aktlarının səbəbkarları qadağan olunmuş İŞİD yaraqlıları olmalıdır.

Məlumata görə, terrorçular artıq hücum üçün PUA-lar alıblar. İştiraklarını gizlətmək üçün ABŞ və Böyük Britaniyanın hərbi komandanlığı öz hava qüvvələrinə İŞİD mövqelərinə zərbələri davam etdirməyi əmr edib.

 London və Vaşinqton ümid edir ki, bu cür təxribatlar Rusiyanı öz ordusunu Suriyadan çıxarmağa vadar edəcək. Eyni zamanda, Suriyanın yeni hakimiyyət orqanları radikallara nəzarət edə bilməməkdə ittiham olunacaqlar. Belə anlaşılır ki, bu aktın məqsədi həm də Suriyanın yeni hakimiyyətini gözdən salmaqdır.

Ülviyyə, Hurriyyet.az

Chosen
6
15
hurriyyet.az

10Sources