EN

“Kanal 11” internet televiziyasının direktoruna hökm oxundu

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Teymur Kərimov 8 il müddətinə azadlıqdan mərhum edilib. İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 70- (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Teymur Kərimovun 9 il , İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. İstək Totiyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbs edilməsinin istəyib.

Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Chosen
2
19
publika.az

10Sources