EN

İran XİN rəhbəri Xəzər regionunda vahid təşkilatın yaradılmasını dəstəkləyib

“Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır”.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

“Xəzər dənizini dostluq, tərəqqi və inkişaf rəmzinə çevirmək üçün kollektiv qarşılıqlı fəaliyyət və əməkdaşlığı daha da gücləndirməliyik. Bizim Xəzərdə əməkdaşlığın institutsionallaşdırılması və strukturlaşdırılması yolu ilə irəliləməkdən başqa seçimimiz yoxdur”, - İran XİN rəhbəri bildirib.

Chosen
67
4
ikisahil.az

5Sources