“Bakı Metropoliteni” QSC 2023-cü ilin ilk üç rübündə sərnişin daşınmasından 59.05 milyon manat gəlir əldə edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata əsasən, bu da illik müqayisədə 38.5 faiz artımdır. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 42.65 milyon manat gəlir əldə etmişdi.
Hesabat dövründə 156.79 milyon sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir. Nəzərə alsaq ki, ötən ilin eyni dövründə 146.7 milyon sərnişin daşınıb və bu da illik müqayisədə 6.9 faiz artımdır.
Hesabatdan göründüyü kimi, gəlirlər sərnişin daşınma sayından daha çox dinamika ilə yüksəlib. Buna səbəb cari ilin əvvəlindən etibarən Tarif Şurasının qərarı ilə gedişhaqlarının 30 qəpikdən 40 qəpiyə qaldırmasıdır. Qiymətlərin cari ildə 10 qəpik artırılması metropolitenə 15 milyon manat üzərində əlavə gəlir gətirib.