Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Sokoto əyalətində 4 kəndə təşkil edilən silahlı hücumlarda 9 nəfər həyatını itirib, çoxlu sayda insan qaçırılıb.
Oxu24.com xəbər verir ki,milli mətbuatda yer alan xəbərə görə, Sokoto vilayətində 4 kənddə naməlum silahlı şəxslərin həyata keçirdiyi hücumlarda 9 nəfər həyatını itirib, çoxlu sayda adam qaçırılıb.
Son zamanlar silahlı dəstələr, həmçinin terror təşkilatları Boko Haram və ISWAP Nigeriyanın müxtəlif bölgələrində hücumlar həyata keçirir.
Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir.
Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və yüksək məbləğdə pul tələb edirlər.
Müəllif: Afət