EN

Bolqarıstan COP29-a namizədliyini Azərbaycanın xeyrinə geri çəkib


Bolqarıstan gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək təklifini geri götürərək konfransın Azərbaycanda keçirilməsinə zəmin yaradıb.

Bu barədə Bolqarıstanın ətraf mühit naziri Julian Popov bildirib.

Ölkə konfransa ev sahibliyi etməklə bağlı namizədliyinin geri çəkilməsi ilə əlaqədar məktubu bu gün axşam göndərir.
Bolqarıstanın Ətraf Mühit Nazirliyi tərəfindən göndərilən bəyanatda deyilir: "Xoşməramlılıq ruhunda və Şərqi Avropa Qrupunun ev sahibliyi etdiyi uğurlu iqlim konfransı naminə Bolqarıstan Respublikası bununla COP29-a ev sahibliyi etmək üçün öz namizədliyini geri götürür. Ona görə də biz Azərbaycan Respublikasının namizədliyinə dəstəyimizi bildiririk”.

"Politico" yazır ki, konfrans rotasiyaya uyğun olaraq BMT-nin beş regional qrupu arasında keçirilir və Şərqi Avropa gələn il konfransa ev sahibliyi edəcək. Lakin Rusiya Ukraynanı işğal etdiyinə görə Aİ-nin Moskvaya sanksiya tətbiq etməsinə cavab olaraq, Bolqarıstan kimi ölkələrin ev sahibliyi etməsinə mane olub.
www.anews.az
Chosen
537
50
anews.az

10Sources