Prezident Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında ABŞ-ın Avropa ölkələrini Rusiya ilə qorxutduğunu bildirib.
Editor.az bildirir ki, o, Moskvanın NATO və Avropa ilə döyüşmək fikrində olmadığını vurğulayıb. “Onlar (ABŞ) Rusiyanın Avropa ilə yaxınlaşmasından çox qorxurdular. Çünki orada onlar ağa olmalıdırlar. Bizi qorxutmaqda davam edirdilər: baxın, pis Rusiya sizi hədələyir. Amma mən bir çox liderlərlə danışdım və onlar mənə dedİlər: “Niyə bizi qorxudurlar?
Biz başa düşürük ki, Rusiya Avropa ilə döyüşmək niyyətində deyil”. Bəli, biz indiDƏ bunu planlaşdırmırıq”, – deyə Vladimir Putin bildirib. Prezident NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını, xüsusilə Finlandiyada Amerika qoşunlarının yerləşdirilməsini qeyd edib. “Sizə xatırlatmaq istərdim ki, biz hamımız yaxşı bilirik ki, 1991-ci ildə biz Qorbaçova söz vermişdik: yox, yox, şərqə bir qarış da yox, yaxşı, get. Bunlar tərəfdaşlardır.
Utanmadan yalan danışırlar, sadəcə hər addımda. Bir vaxtlar mənə dedilər: bu, hərbi blok deyil, bizim siyasi təşkilatımız var. Və 5-ci maddəni heç kim ləğv etməyib. Lakin aqressiv xarakterlərini artıq dediyim kimi, gizlətmirlər”, – deyə prezident vurğulayıb.
Xatırladaq ki, Şimali Atlantika müqaviləsinin 5-ci maddəsi kollektiv müdafiə prinsipini təsbit edir. Bir müttəfiq ölkəyə hərbi hücum bütün NATO blokuna hücum kimi qiymətləndiriləcək.
//Samir Qurbanov, Editor.az