Avropa Parlamenti və Avropa İttifaqına (Aİ) üzv ölkələr ümumi miqrasiya siyasətinin islahatına dair siyasi razılıq əldə ediblər. Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropanın daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.“Avropa dəyərlərimizə əsaslanaraq sığınacaq axtaranları, xarici sərhədlərimizi daha yaxşı qorumaq üçün miqrasiya və sığınacaq siyasəti üzrə hərtərəfli paket üzərində razılaşdıq”, - o bildirib.Qeyd edilib ki, "Miqrasiya və Sığınacaq Paktı" adlanan islahatlar toplusu rəsmi təsdiq prosesindən keçməlidir. Bu, xarici sərhədlərdə nəzarəti gücləndirmək, sığınacaq müraciətlərinə baxılmasını sürətləndirmək və s. barədə bir sıra yeni qaydaları özündə ehtiva edir.