EN

Lənkəranda 15 yaşlı oğlan xəstəxanada anafilaktik şokdan öldü - YENİLƏNDİ

Dekabrın 22-də saat 22:15 radələrində 2008-ci il təvəllüdlü, Lənkəran rayonu Osakücə kənd sakini (cinsi kişi) "Kəskin respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstəyə qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Prokurorluğunda araşdırma aparılır. (APA)

***

12.24

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb.

Lənkəran rayonunun Osakücə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov gecə saatlarında ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yeniyetməyə dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Yeniyetmə bu gün xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Chosen
417
50
bakupost.az

10Sources