EN

Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb

Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.

"Report"un cənub bürosunun məlumatına görə, ötən gecə rayonun Osakücə kənd sakini 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Açil şöbəsinə yerləşdirilib.

Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

TƏBİB-dən isə bildirilib ki, Lənkəran rayonu Osakücə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmmədəli Cahid oğlu Nəcəfov 22.12.2023-cü il tarixində saat 22:15 radələrində "Kəskin resperator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstədə anafilaktik şok yaşanıb və reanimasiya şöbəsinə yerləşdirilib: "Bütün reanimasyon tədbirlərə baxmayaraq, ölüm qeydə alınıb".


BiG.Az
Chosen
346
50
big.az

10Sources