Ukrayna qoşunları Marinka şəhərindən geri çəkilib.
Gundem.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
"Qoşunlarımız şəhərdən geri çəkilib. Marinkanın ətrafında, digər yerlərdə səngər qazıblar. Marinka daha yoxdur", - deyə Zalujnı bildirib.
Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu Marinkanın tamamən işğal edilməsi barədə Prezident Vladimir Putinə məlumat vermişdi.