EN

Günün ULDUZ FALI: Ailənizdə kiçik fikir ayrılıqları mümkündür

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın.

Şanslarınızı əldən verməyin. Situasiyadan faydalanın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüst seçim etdiyinizə əmin olun.

Buğa - Yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.

Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.

Axşam saatlarında dostlarla görüşə bilərsiniz.

Əkizlər - Mühüm məsələlərin həlli üçün əlverişli zamandır. Daşınmaz əmlak məsələləri və ya maliyyə problemlərini çözməyə başlayın. Çoxdan bəri planlaşdırdığınız işi görün. Alış-verişdə simiclik etməyin.

Günün ikinci yarısında yaxınlarınız və qohumlarınızla ünsiyyətdə qayğıkeş, səmimi olun. Çətin vəziyyətə düşmüş insanın yardım çağırışlarını qulaqardına vurmayın.

Ailə üzvlərinizdən birinə maddi yardım gərəkdir.

Xərçəng - Karyeranızın inkişafı üçün əhəmiyyətli addımlar atmaq üçün münasib zamandır. Yeniliyi əxz edin, biliklərinizi artırın. Peşəkar vərdişlərinizi zənginləşdirə bilərsiniz. Humanitar fəaliyyətlə məşğulsunuzsa, nailiyyətlər olacaq.

Günün ikinci yarısında alış-veriş pis olmayacaq.

Dəyər verdiyiniz insanla və ya sevdiyiniz şəxslə mübahisə edibsinizsə, qarşılıqlı anlaşmaya nail olmağa can atın. Barışıq yolunda ilk addımı siz atın.

Axşam saatlarında normal istirahət edin.

Şir - Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli zamandır. Yardım istəyən insana kömək edin. Ədalətli olun, münasibətləri kobudluq və qabalıqla korlamayın. Yaşama sevinin. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Sevdiyiniz insanla mübahisələrdə emosional olmayın, güzəştə getməyi bacarın.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla, dostlarla keçirin.

Qız - Günün ilk yarısında emosiyalara qapılmayın. Sehr və ya möcüzə olmayacaq. Bəxtə güvənsəniz, problemləri həll etmək asan olmayacaq. Özünüzə, qüvvənizə inanın. Bədbin olmayın.

Günün ikinci yarısında prinsiplərinizə xəyanət etməyin.

Sevdiyiniz insanın davranışı sizi heyrətləndirə bilər. Hədiyyə və ya sürpriz istisna deyil. Yaxınlarınızla münasibətlərə dəyər verin. Səbirli olun ki, məqsədə çatasınız.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Chosen
299
50
publika.az

10Sources