Ukrayna ilə bağlı hələ də razılaşma yoxdur - Senator
ABŞ-ın cənub sərhədində təhlükəsizliyin gücləndirilməsi, Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı razılaşma hələ də əldə olunmayıb.
Aktual.az xəbər verir ki, bunu amerikalı senator Kris Mörfi bildirib.
"Bu sazişin mahiyyəti o qədər mürəkkəb olacaq ki, biz görüşlərə qayıdana qədər onun kifayət qədər səs toplayıb-toplamadığını bilməyəcəyik", - senator vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresi Ağ Evin Kiyevə yeni yardım tələbi ilə razılaşmayıb. Administrasiya bildirib ki, qanunvericilərin razılığı olmadan onlar Ukraynaya silah göndərə bilməyəcəklər.