EN

Mutunu yola salan “Neftçi” daha 3nəfərlə müqaviləni pozdu, bu şəxsi saxladı - SON DƏQİQƏ

Adrian Mutu ötən həftə Azərbaycanı tərk etdi.

Altı ay öncə “Neftçi”nin sükanı arxasına keçmiş rumuniyalı uğursuz səbəblər üzündən buradan ayrılmalı oldu.

Beləcə, klub rəhbərliyi şərqi avropalı mütəxəssislə bağlanmış 2 illik müqaviləyə vaxtından xeyli qabaq xitam verdi.

Artıq onu kimin əvəzləyəcəyi də məlumdur. Modraq Bojoviç qarşıdakı günlərdə yeni işinin icrasına başlayacaq.

“Ağ-qaralar”la 1,5 illik kontarkt imza atmış monteneqrolu yanvarın 6-dan işinin icrasına start verəcək.

Mutuyla barəbər, onun köməkçiləri də hazırda öz ölkələrindədir.

Söhbət bundan əvvəl də Adrian Mutu ilə birlikdə çalışmış 4 nəfərdən - 45 yaşlı Alin-Nikolaye Çita (köməkçi məşqçi), 44 yaşlı Aurelian-Boqdan Petraşku (analitik məşqçi), 28 yaşlı Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və 47 yaşlı Mihai-Qavril Nedeban (qapıçılar üzrə məşqçi) gedir. Bakılılar onlardan ilk 3-ü ilə 2 illik müqaviləni pozub.

Yalnız Mihai-Qavril Nedebanın məsələsi açıq qalıb. “Neftçi” rəsmiləri Mutunun yardımçılarından bir tək onun fəaliyyətindən razıdır.

Nedebana yeni məşqçi korpusunda da yer vermək fikirləri var.

SPORTİNFO.AZ

Chosen
83
3
sportinfo.az

4Sources