ABŞ və Avropa İttifaqı Qəzza zolağında müharibəni dayandırmaq üçün yeni diplomatik cəhdə başlayıb.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, yeni cəhdlərə ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell rəhbərlik edir.
Məqsəd Qəzza müharibəsinin İordan çayının qərb sahili, Livan və Qırmızı dəniz gəmi yollarına sıçrayışını dayandırmaqdır.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.