EN

Səfir: “Alman şirkətləri azad edilən ərazilərdə layihələrdə iştirak üçün müraciət ediblər”

İşğaldan azad edilən ərazilərdəki infrastruktur və investisiya layihələri ilə bağlı Azərbaycanın aidiyyəti qurumlarına alman şirkətlərindən müraciətlər daxil olub.

Bunu “Report”a müsahibəsində Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev deyib.

“Sevindirici haldır ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət imkanları, həmin bölgələrimizdə icra edilən infrastruktur və investisiya layihələri Almaniya şirkətlərində də maraq doğurub. Azərbaycanın aidiyyəti qurumlarına bununla bağlı bir neçə alman şirkətindən müraciət daxil olub,- deyə diplomat qeyd edib.

Nəsimi Ağayev bildirib ki, səfirlik alman şirkətlərində bu marağın daha da genişləndirilməsi, onların sözügedən layihələrə cəlb edilməsi istiqamətində işlər aparır.

“Həmçinin Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində həyata keçirdiyi fəaliyyət və Orta Dəhlizin inkişafında ölkəmizin oynadığı həlledici rol alman şirkətlərinin böyük marağına səbəb olub və bu istiqamətdə konkret birgə layihələr üzərində çalışırıq”,- deyə səfir vurğulayıb.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Chosen
377
29
report.az

10Sources