EN

Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq - SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin namizədliyini qeydə alıb.  Manset.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib. Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. 

Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb. Məlumat üçün bildirək ki, prezidentliyə namizədliyi təsdiqlənən şəxslərin sayı 17 nəfər idi.

Chosen
548
49
manset.az

10Sources