İranın ali dini lideri Əli Xamenei seçkilərdə iştirak etməyən vətəndaşları təhdid edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə bu gün Qum şəhərindən olan bir qrup şəxslə görüşündə deyib.
"Düşmənin strateji siyasəti vətəndaşları seçkilərdən uzaq saxlamaqdır. Seçikərdə iştirak etməmək düşmənə xidmət etməkdir", - Xamenei bildirib.
Qeyd edək ki, siyasi qruplaşmalar və müxalif cərəyanlar martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıb.
Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun