EN

AB Macarıstanı cəzalandırmağa hazırlaşır

AB Budapeşt Kiyevə hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” AB-nin daxili sənədlərinin birinə istinadən bildirib.

“Brüssel Macarıstan iqtisadiyyatında iş yerlərinə və onun artımına zərər vurmaq üçün ölkənin milli valyuta məzənnəsini (Macarıstan forinti - red.) endirmək və investisiya cəlbediciliyini azaltmaq niyyətindədir. AB bazarları qorxutmaq niyyəti ilə Budapeştə maliyyələşməni tamamilə dayandırdığını elan edə bilər”, - məlumatda deyilir.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Macarıstanın Baş naziri Orban AB-nin qərarına veto qoyaraq Ukraynaya yardım paketini əngəlləyib.

Chosen
264
14
axar.az

10Sources