EN

Xankəndi yolunda ermənilərin "qələbə simvolu" olan tank belə götürüldü - VİDEO

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi  qoyulan tank abidəsi götürülub.

Milli.Az tankın götürülməsinin videosunu əldə edib.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Milli.Az

Chosen
77
7
milli.az

10Sources