EN

“Sensasiya yaratmaq, baxış sayını artırmaq...” - Nəsibovdan irad

“İstər iqtisadi olsun, istər sosial, səhiyyə və ya təhsil mövzusu, fərq etməz - onlayn və ya sosial mediada nəyə görə biz daha çox neqativ xəbərlərin əks olunduğunu, yayıldığını görürük? Nə üçün  media mənsubları, jurnalistlər və eləcə də fərdi şəxslər daha çox neqativ yönümlü məlumatı yaymaqda həvəslidirlər? Bu hansı zərurət və ya səbəbdən irəli gəlir?” 

Yenisabah.az xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov özünün sosial şəbəkə hesabında yazıb. 

O, bu tip xəbərlərin daha çox baxış sayı toplamaq məqsədilə yazıldığını qeyd edib: 

“Təbii ki, sensasiya yaratmaq, baxış sayını artırmaq, onlayn və ya sosial media mənbəyinin reytinqi qaldırmaq klassik taktikadır. Kommersiya əsasda fəaliyyət göstərən qurumlar neqativ xəbərlərin onlara daha çox dividend və şəxslər isə daha çox oxucu gətirə biləcəyinin fərqindədirlər.

Bununla bağlı daha bir maraqlı səbəbə diqqətinizi cəlb edim. Bu yaxında Rusiya Prezidenti Vladimir Putinlə məşhur müsahibənin müəllifi amerikalı jurnalist Tucker Carlsonla söhbətində Space X, Tesla və bir sıra digər iri korporasiyaların qurucusu və rəhbəri olmuş Elon Musk məsələyə öz münasibətini bildirib. Yer kürəsi, insan cəmiyyəti, kosmik fəza, ətraf mühit və gələcək barədə danışan E.Musk insanların sensasiya və neqativ xəbər yaymaq xüsusiyyətini min illər boyu formalaşmış genetik vərdişlərə bağlayıb. 

Elon Musk Tuckerlə müsahibəsində deyib ki, insanlar qədim zamanlarda öz qəbilə üzvlərini daha çox vəhşi heyvanların və düşmən qəbilələrin yerləşməsi, onların neqativ fəaliyyəti, təbii fəlakətlər və onların təsiri barədə məlumatlandırmağa və bu məlumatı qəbul etməyə üstünlük veriblər, nəinki məsələn üstü giləmeyvə ilə dolu olan kolların yeri barədə məlumat. Yəqin bu məlumatı özləri üçün saxlayırlarmış...” 

Onun sözlərinə görə, neqativ xəbərlər insana birbaşa mənəvi təsir göstərir: 

“Neqativ xəbərlər insanların həyatı və təhlükəsizliyinə birbaşa təsir etdiyindən onlar da bu tip məlumatı qəbul etməyə üstünlük veriblər. Eyni zamanda, neqativ xəbərlər daha çox insanlara birbaşa və şəxsən mənəvi təsir də göstərir, onu düşündürməyə, narahat olmağa və xəbəri bölüşməyə vadar edir nəinki, hansısa pozitiv xəbər. Bu məsələdə yeganə sevindirici xəbər isə ondan ibarətdir ki, bu yalnız bu gün və bizdə deyil, hər zaman və hər yerdə belə olub”. 


Telegram kanalımız
Chosen
114
yenisabah.az

1Sources