Rusiya Böyük Britaniya Krallığının 18 yüksək vəzifəli təbəəsinin (vətəndaşına) Federasiyaya girişinə qadağa tətbiq edib.
AZXEBER.COM xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, onların arasında Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Kartlic (James Cartldge), Silahlı Qüvvələrin qərargah rəisinin müavini Çarlz Roland Vinsent (Charles Roland Vincent Walker), Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Sara Makintoş (Sarah Macintosh), Sualtı Qüvvələrin komandanı Saymon Askvit (Simon Asquith), habelə Oksford, Harvard universitetlərinin əməkdaşları və başqa məsul şəxslər daxil edilib.