EN

Bu xəbər Ermənistanı qarışdırıb: Azərbaycana hədiyyədir

Ukrayna prezidenti Vladimir Zelenskinin martın 4-də Ermənistana gələcəyi bildirilir.

Publika.az xəbər verir ki, bu məlumat Ermənistanı qarışdırıb. Paşinyanın əleyhdarları iddia edirlər ki, Zelenskinin səfəri Rusiya ilə açıq düşmənçilikdir və Moskvaya qarşı ikinci cəbhənin açılmasıdır.

Məsələ ilə bağlı danışan hüquq müdafiəçisi Avetik İşxanyan isə bir qədər də irəli gedərək, bunun Azərbaycan üçün hədiyyə olduğunu bildirib.

“Bu planlaşdırılan səfər, məncə, hamı üçün sürpriz oldu. Əslində Rusiya ilə müharibədə olan ölkənin prezidenti Ermənistana səfər edir. Təəccüblüdür ki, Rusiya ilə müharibə vəziyyətində olan ölkənin prezidenti Ermənistana səfər etməyə vaxt tapır. Yeri gəlmişkən, 2020-ci ildə Ukrayna rəsmi olaraq Azərbaycanı təbrik etdi, məğlubiyyətimizə sevindi. Buradan acınacaqlı nəticəyə gəlmək olar ki, 2018-ci ildə hakimiyyətə gələn baş nazir də Azərbaycanın müttəfiqi olub.

Chosen
190
50
publika.az

10Sources