EN

Kəşfiyyat açıqladı: Bu tarixdə Zelenski devrilə bilər!

Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyi şübhə altına alına və yazda çevrilişə cəhd oluna bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna prezidenti yanında Kəşfiyyat Komitəsi məlumat yayıb. “Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında kulminasiya nöqtəsinə çatacaq”, - komitənin bəyanatında deyilir. Bildirilib ki, qarşıdakı həftələrdə həm Ukrayna daxilində, həm də dünyanın digər yerlərində münaqişələri qızışdırmaq cəhdləri olacaq və mayın 20-dən sonra Zelenskinin legitimliyi şübhə altına düşə bilər.

Komitə həmçinin iddia edir ki, onlar iyunun birinci yarısına qədər Ukraynadakı vəziyyəti qarışdırmaq, sonra isə ölkənin şərqində Kiyevin hərbi məğlubiyyətə uğradılması planlaşdırılır.

Chosen
240
4
buta.tv

10Sources