EN

“Kredit Evi” ASC -nin səhmlərinin yerləşdirilməsi baş tutacaq - TARİX

12 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Kredit Evi” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.

Birjanın yaydığı məlumatda bildirilir ki,  “Kredit Evi” ASC Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min  manata çatdırılmasını üzərinə götürür.

5 mart 2024-cü il tarixində “Kredit Evi” ASC-nin ümumi dəyəri 200 min manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Adi, adlı, sənədsiz səhmlərin sayı 20 min ədəd, hər birinin nominal dəyəri 20 manatdır. 

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

 

 

Chosen
293
5
marja.az

10Sources