EN

“Həll olunan qəhvə qastritə səbəb ola bilər” – Fizioloq


“Həll olunan qəhvə istehsalında aşağı keyfiyyətli inqrediyentlərdən istifadə oluna bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə fizioloq Aleksandr Sozıkin news.ru-ya verdiyi şərhdə danışıb.
Mütəxəssis bildirib ki, həll olunan qəhvənin istehsalında tez-tez ucuz və keyfiyyətsiz xammaldan istifadə olunur:
“Buna görə də, həll olunan qəhvənin daimi istehlakı qastrit, pankretit və xoralara səbəb ola bilər. Aşağı keyfiyyətli həllolunan qəhvənin tərkibində dadlandırıcılar və ləzzət artırıcılar da ola bilər”.
Bundan əlavə, fizioloq həll olunan qəhvə paketlərinin istehlakını dayandırmağa çağırıb. Ekspertin sözlərinə görə, onların tərkibində çoxlu şəkər və boyalar var.
Chosen
130
yeniavaz.com

1Sources