EN

Çavuşoğlu buna görə Azərbaycana təşəkkür etdi

Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzisini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib:

“Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman, yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.

Chosen
258
50
buta.tv

10Sources