Martın 9-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
www.anews.az