EN

Kişilərə prostatın inkişafının əsas səbəbi izah edildi

Yetkin kişilərdə sidik-cinsiyyət sisteminin ən çox görülən patologiyası prostatit və ya prostat vəzinin iltihabıdır, onun inkişafı oturaq həyat tərzi ilə təhrik edilir.

Day.Az lent.az-a istinadən xəbər verir ki, bunu uroloq Aleksey İqnatyev bildirib.

Uroloqun sözlərinə görə, 30 yaşdan sonra kişilərin 85 faizində prostatit xəstəliyinə tutulma riski var: "Səbəb qan və ya limfa vasitəsilə prostat toxumasına daxil olan bir infeksiyadır".

İqnatyev əlavə edib ki, prostatit oturaq və az hərəkətli həyat tərzi keçirən kişiləri təhdid edir. O, həmçinin hipotermiya, siqaret, alkoqoldan sui-istifadə, ədviyyatlı, duzlu, konservləşdirilmiş, hisə verilmiş qidalar, həmçinin perineal zədələri xəstəliyin inkişafı üçün əsas risk faktorları kimi müəyyən edib.

Chosen
378
3
day.az

10Sources