EN

Dollarla bağlı BƏDBİN PROQNOZ: bahalaşacaq...

Türkiyə prezidentinin administrasiyası Mərkəzi Bankın dolların yeni məzənnəsini milli valyuta - lirəyə (TL) nisbətdə müəyyən etməsi və iki həftədən sonra dolların 40 lirəyə qədər bahalaşacağı barədə məlumatları təkzib edib. 

Azsabah.com bu barədə "RİA Novosti" istinadən xəbər verir.

Qeyd olunur ki, türk valyutasının dəyəri daha əvvəl tarixi minimuma çatıb və ilk dəfə olaraq bir dollar üçün 32 lirəni keçib. Lirə 2024-cü ilin əvvəlindən ABŞ dollarına nisbətdə 9% ucuzlaşıb. Bundan başqa, lirənin məzənnəsinin digər valyutalara, o cümlədən avro, rubl və yuana nisbətdə ucuzlaşması qeydə alınıb.

"Bəzi KİV-lərin "dolların məzənnəsi 15 gün ərzində müəyyənləşdi", "dollar 15 günə 40 TL-yə başa gələcək", "Mərkəzi Bankın hesabatı sızdırılıb" kimi açıqlamalar reallığa əsaslanmır", deyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında qeyd edilir.

Mərkəz 15 gün ərzində dolların 40 lirəyə qalxacağı barədə xəbərin doğru olmadığını vurğulayıb.

Chosen
106
1
azsabah.com

2Sources