EN

Atası ilə xalasını yataqda tutan müğənninin məhkəməsi keçirildi

Bakı şəhər Səbail rayon Məhkəməsində müğənni Nüşabə Musayeva barəsində edilmiş xüsusi ittiham şikayətə baxılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, müğənninin xalası Şahsənəm Canıyeva məhkəməyə şikayətində mərhum bacısının qızı olan Nüşabənin Cinayət Məcəlləsinin 147 və 148-ci, yəni təhqir və böhtana görə cəzalandırılmasını xahiş edib.

O, bildirib ki, bacısı qızı ATV kanalında Zaur Baxşəliyevin verilişində barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. N.Canıyeva ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.

Müğənni Nüşab Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.

Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu eyib.

Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşamalarını gördüklərini deyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
12
publika.az

9Sources