EN

Filipp Bakıya bu səbəbdən gəlib - VİDEO

Rusiyanın Xalq artisti Filipp Kirkorovun Bakıya gəlmə xəbəri səs-küysüz ötüşməyib.

Milli.Az bildirir ki, rus və erməni mətbuatı OLAY-ın çəkdiyi görüntülərə istinadən sənətçinin Azərbaycana təşrif buyurmasını birmənalı qarşılamayıb. Bu haqda xəbərlər "Gazeta ru", "News.am", "7days.ru" kimi saytlarda yer alıb.

Bəzi mənbələr iddia edib ki, Filippin maliyyə məsələləri ilə bağlı problemi olduğu üçün Rusiyanı tərk edib. Müxtəlif saytlarda çıxan iddialara Kirkorov və komandasından heç bir açıqlama gəlməyib.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin Bakıya gəlmə səbəbi həmin gün qatılacağı toy mərasimi olub. Filipp paytaxtın dəbdəbəli restoranlarından birində keçirilən məclisdə iştirak edib və səhnə alıb. Lakin mərasimdən görüntülərin çəkilməsinə icazə verilməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
30
milli.az

10Sources