EN

Moskvada xəstəxanada bomba təhlükəsi - 700 nəfər təxliyə edildi

Moskvada partlayış təhlükəsi ilə əlaqədar olaraq "Crocus City Hall"dakı terror aktı qurbanlarının da müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.Terrorda ölənlərin sayı 137 nəfərə çatıb


Qeyd olunur ki, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib. Sözügedən məktubda tibb müəssisəsinin bir neçə mərtəbəsində kürək çantasında yerləşən 40 dəqiqəlik taymerli fosforlu əldəqayırma partlayıcı qurğulardan bəhs olunub.

İnsanlar binadan çıxarılıb. Hadisə yerinə təcili xidmətlər gəlib.

Martın 23-də İstra rayonunun rəhbəri Tatyana Vituşeva bildirib ki, Moskva vilayətinin sakinləri naməlum nömrələrdən “terror xarakterli” mesajlar alırlar.

Şahanə Rəhimli
AzVision.az

Chosen
365
50
azvision.az

10Sources