EN

Parkinson xəstəliyinin müalicə yolu tapıldı...

Honq Konq Universitetinin Biologiya fakültəsinin tədqiqatçıları qısa zəncirli yağ turşusu popionatının bağırsaq və beyin arasında mübadilə edilən siqnalları tənzimləməklə Parkinson xəstəliyində neyrodegenerasiyanı dayandıra biləcəyini aşkar ediblər. 
 
Moderator.az-ın rus versiyasının verdiyi xəbərə görə, bu barədə “Cell Reports” jurnalı məlumat yayıb.
 
Xatırladaq ki, Parkinson xəstəliyi mərkəzi sinir sisteminin yavaş inkişaf edən xəstəliyi olub, istirahət zamanı xəstənin hərəkətlərinin ləngiməsi, titrəməsi və reflekslərinin pozulması ilə xarakterizə olunur. Xəstəliyin əsasını beynin kök hüceyrələrinin neyronlarının zədələnməsi təşkil edir. Tədqiqatlarını apararkən alimlər sirkə, propion və yağ turşuları da daxil olmaqla bakterial metabolitlərin xüsusi sinfini təmsil edən SCFA-lara diqqət yetiriblər. Onlar qida toxumalarının fermentasiyası nəticəsində bağırsaqlarda bakteriyalar tərəfindən işlənir. Alimlər həmçinin Alzheymer xəstəliyi olan gəmiricilərin orqanizmində propion turşusunun səviyyəsinin kifayət qədər aşağı olduğunu qeyd ediblər. Bu, elm adamlarına bədəndə propion turşusunun səviyyəsinin artırılmasının neyrodegenerasiyanı ləngidə biləcəyini düşünməyə imkan verib.
 
Yeri gəlmişkən, propion turşusunun səviyyəsi adətən B12 vitaminini diyetdən çıxarmaqla artır, çünki sonuncu bu turşunun parçalanmasına kömək edir və ya qida əlavələri vasitəsilə bədənə əlavə propion turşusu dozası daxil edir. Mütəxəssislər qeyd edirlər ki, belə bir nəticə siqnal ötürülməsinin biokimyəvi ikitərəfli sistemi olan və mədə-bağırsaq sistemi ilə mərkəzi sinir sistemi arasında fəaliyyət göstərən beyin-bağırsaq oxunun işi sayəsində mümkün olub. 
 
S.Laçın
 
Chosen
232
1
moderator.az

10Sources