Türkiyənin Qars şəhərində iki erməniəsilli şəxsin ayaqqabılarından qaçaq qızıl külçələr tapılıb.
Axar.az xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Saxlanılan şəxslərin üzərindən ümumi çəkisi 1 kilo 51,71 qram olan qızıl külçələr tapılıb.
Külçələrin bazar qiymətinin 3,5 milyon lira (təqribən 159 min AZN) olduğu qeyd edilib.
Telegram kanalımız