EN

Blinkenin təyyarəsi xarab oldu

Tarix: 3 Aprel 2024 20:08

ABŞ Dövlət katibi Antoni Blinkenin göyərtəsində səfər etdiyi "Boeing 737" təyyarəsi Fransada xarab olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
"Dövlət Departamentinin nümayəndəsi Blinkenin Fransaya uçduğu təyyarədə texniki nasazlıqlar olduğunu bildirib", - agentlik qeyd edir.
KİV ABŞ nümayəndə heyətinin Parisdən NATO-nun Brüsseldəki qərargahına avtomobillərlə getdiyini yazıb. Fransa və Belçika paytaxtları arasında təxminən 300 km məsafə var.
Xatırladaq ki, daha əvvəl - yanvarın 17-də Blinken təyyarəsindəki "kritik nasazlıq" səbəbindən əvvəlcədən planlaşdırıldığı kimi Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan uça bilməmişdi.

Milli.Az

Chosen
131
10
sonxeber.net

10Sources