EN

"Kimsə pis məşqçi olduğumu desə, əsəbləşəcəm"

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 30-cu turunun "Turan Tovuz"la görüşündən (1:2) sonra keçirilmiş mətbuat konfransında komandasının məğlubiyyətini şərh edib.

- Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurar arazulayıram.

- Birinci Liqanın oyunlarını izləyirsiz?

- Hələ ki, yox.

- Mediada yazılanılara görə, Premyer Liqada komanda sayı artırılacaq və sonuncu yeri tutan I Liqanı 3-cü yerdə bitirən komanda ilə qarşılaşacaq. "Qəbələ" I Liqa təmsilçisini məğlub edə biləcək gücdədir?

- Bilmirəm. Dəqiq olan bir şey yoxdur. Dəqiq olsa, müzakirə edərik.

- Açıqlamalarınızda futbolçuları tənqid edirsiz. Bu, onlarda ruh düşkünlüyü yaratmır?

- Onlarda mənfi fikir yaranması ilə razı deyiləm. Həmişə onlarla müzakirələr aparırıq. Hər şeyin insanın üzünə deyilməsinin tərəfdarıyam. Kimsə pis məşqçi olduğumu desə, əsəbləşəcəm, ona yaxşı məşqçi olduğumu sübut edəcəm. Oyunçular da yaxşı olduqlarını sübut etməlidir. Xarakter göstərmək lazımdır. Zəif adamlar tez ruhdan düşür. Onların hər birinə inanıram. Bu gün gənc futbolçunu meydana buraxdıq. Sanki 20 ildir bu komandada oynayır. Özünü çox yaxşı göstərdi.

- Penalti gözlədiyiniz epizodlar oldu. Həmin epizodlar haqda fikrimiz necədir?

- Hakimlər haqda danışmayacam. Çünki, mənası yoxdur. Biz də penalti olduğunu gözləyirdik.

Chosen
87
6
sportinfo.az

8Sources