EN

Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarına 100 gün qalıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, dördilliyin ən mötəbər multi-idman tədbirilə bağlı 77 məqamı təqdim edirik:

1. Paris-2024 Azərbaycan millisinin müstəqillik illərindəqatıldığı 8-ci Yay Olimpiya Oyunları olacaq.

2. Fransa paytaxtı 100 ildən sonra bu yarışa ev sahibliyiedəcək. Paris 1900 və 1924-cü illərdən sonra 3-cü dəfə Olimpiyapaytaxtı olacaq.

3. Olimpiya Oyunları London-2012-dən 12 il (Rio-2016,Tokio-2020) sonra Avropaya qayıdır.

4. Azərbaycan millisi Paris-2024-ə 7 idman növündə lisenziyaqazanıb.

5. Fransa tarixində 6-cı dəfə Olimpiadanı qəbul edəcək.

6. Parisdə 32 idman növündə yarışlar keçiriləcək.

7. Azərbaycan Paris-2024-ə artıq 17 lisenziya qazanıb.

8. Breykinq idman növü ilk dəfə Olimpiada proqramındaolacaq.

9. Paris qadınların Olimpiya Oyunlarında (Paris-1900) iştiraketdiyi ilk şəhərdir.

10. Sərbəst güləş üzrə Azərbaycan millisi Paris-2024-də tamheyətlə iştirak etmək hüququ qazanıb.

11. Tarixdə ilk dəfə Yay Olimpiya və Paralimpiya Oyunlarınınvahid loqosu var.

12. Olimpiada devizi “Geniş açılan Oyunlar”dır.

13. Azərbaycan ilk dəfə komanda yarışında - basketbolun 3x3növündə qadın millimizlə təmsil olunacaq.

14. Fransa paytaxtında 10500 idmançı mübarizə aparacaq.

15. İyulun 24-də, açılış mərasimindən iki gün əvvəl futbol vəreqbi, ertəsi gün həndbol və kamandan oxatmada mübarizəbaşlayacaq.

16. Azərbaycan ilk dəfə gimnastikanın batut növündə Olimpiadadatəmsil olunmaq hüququ qazanıb.

17. Tarixdə ilk dəfə Olimpiadada həvəskarların marafon yarışı,əsas yarışla eyni gündə və eyni marşrutla, amma fərqli saatdatəşkil olunacaq.

18. Olimpiya məşəli dünən – aprelin 16-da Yunanıstandayandırılıb.

19. Azərbaycan bütün Olimpiadalarda təmsil olunduğu güləş,atletika, atıcılıq, boksda yenə lisenziya qazanıb.

20. Paris-2024-ün təşkilinə ümumilikdə 8 milyard avrodan artıqvəsait ayrılıb.

21. Olimpiya Oyunlarının talismanları “Friqi”lərdir.

22. Azərbaycan indiyədək Olimpiya Oyunlarında 49 medalqazanıb.

23. Olimpiya medallarının tərkibində Eyfel qülləsininparçalarının ərintiləri yer alıb.

24. Serfinq yarışları Fransanın materik hissəsindən kənarda,Parisdən 15700 km uzaqda – Tati adasında təşkil olunacaq.

25. Əvvəlki 7 Olimpiadada Azərbaycan 7 çempionluq yaşayıb, 14gümüş və 28 bürünc əldə edib.

26. Paris Londondan sonra üç Olimpiada qəbul edən 2-cişəhərdir.

27. İlk dəfə beynəlxalq federasiya qaliblərə mükafat verəcək ki,Dünya Atletikası 48 növdəki qaliblərə 50 min dollar ödəyəcək.

28. Azərbaycan əvvəlki 7 Olimpiadada 19 növdə təmsil olunub,basketbol bu siyahıda 20-ci olacaq.

29. Olimpiadada 35 idman obyektindən istifadə olunacaq.

30. Açılış mərasimi Sena çayı üzərində təşkil olunacaq.

31. Azərbaycan 7 Olimpiadada 7 növdə medallar qazanıb.

32. Eyfel qülləsinin yaxınlığında mükafatçıların azarkeşlərləsevincini bölüşməsi üçün parad təşkil ediləcək.

33. Tokio-2020-nin proqramında olan üç növ – karate, beysbol,softbol bu dəfə kənarda qalıb.

34. Güləş millimiz bütün Olimpiadalarda ən azı 1 medala sahibçıxıb.

35. İdmançıların açılış mərasimindəki paradı 6 km təşkiledəcək.

36. Açılışı izləyənlər Sena ətrafındakı bəzi yerlərdə pulsuz, ənyaxın yerlərdə 2700 avro ödəməli olacaq.

37. Azərbaycanın ilk Olimpiya medalını 1996-cı ildə Atlantadasərbəst güləşçi Namiq Abdullayev qazanıb.

38. İdmançıların paradı Sena çayında olacaq və komandalarqayıqlarda keçəcək.

39. Olimpiya Oyunları qadınların marafon yarışı ilə başaçatacaq.

40. Olimpiadalarda ən çox medal qazanan Azərbaycan idmançısıMariya Stadnik 2 gümüş və 2 bürünc əldə edib.

41. Paris-2024-ün lisenziya yarışlarına iyunun 23-də yekunvurulacaq.

42. Oyunlar Parisdən başqa Le-İvelin, Sena və Marna, O-de-Sen,Sen-Denidı, futbol matçları Nant, Marsel, Bordo, Nitsa, Lion vəSent-Etyendə baş tutacaq.

43. İlk medallar sahiblərini iyunun 27-də tapacaq.

44. Yarışların son günündə 9 növdə qaliblər bəlli olacaq.

45. Azərbaycan yığmasının 7 çempionluğunun yarıdan çoxu – 4-ügüləşdə əldə olunub.

46. Parisdə 329 medal dəsti uğrunda mübarizə gedəcək.

47. Olimpiadanın bağlanış mərasimi “Stad de Frans”da təşkilolunacaq.

48. Yayda Paris metrosunun qiyməti təxminən iki dəfəbahalaşacaq.

49. Satışa ümumilikdə 13,4 milyon bilet çıxarılacaq.

50. Azərbaycan 4 növdə - güləş, atıcılıq, cüdo və taekvondodaqızıl qazanıb.

51. Açılış və bağlanış mərasimlərinin bədii rəhbəri TomasCollidir.

52. Olimpiadada 44 min könüllü iştirak edəcək.

53. Olimpiya məşəli açılış mərasimində Tyuilri parkındayandırılacaq.

54. Yarış üçün 26 min jurnalist akkreditasiya olunub.

55. Azərbaycan ilk qızıl medallarını Sidney-2000-də əldə edib.Namiq Abdullayev güləş, Zemfira Meftəhətdinova atıcılıqdafərqlənib.

56. Tokio-2020 2021-ci ildə keçirildiyindən ilk dəfə OlimpiyaOyunları üç ildən sonra keçiriləcək.

57. Olimpiada Parisə 2017-ci il sentyabrın 13-də verilib.

58. Məşhur “Rolan Qarros” stadionu tennis və boks yarışlarınıqəbul edəcək.

59. Atçılıq və müasir beşnövçülük tarixi Versal sarayında təşkilolunacaq.

60. Azərbaycan millisi London-2012-də daha uğurlu çıxış edib: 2qızıl, 2 gümüş, 5 bürünc.

61. Olimpiya kəndində 8876 ağac əkilib.

62. Olimpiya məşəlini yunan aktrisa Meri Mina alovlandırıb.

63. Olimpiya kəndində 2500-ə yaxın ev inşa olunub.

64. Olimpiadanı 1 milyard tamaşaçının izləyəcəyiproqnozlaşdırılır.

65. Azərbaycan Rio-2016-da daha çox – 18 medal qazanıb: 1 qızıl,7 gümüş, 10 bürünc.

66. Paris-2024-ün şərəfinə “Georgina” gülünün yeni növüyetişdirilib və Fransa paytaxtına satışa çıxarılıb.

67. Olimpiya obyektlərinin 95 faizi müvəqqəti xarakter daşıyırvə yarışdan sonra yığışdırılacaq.

68. Olimpiya kəndinin sakinləri velosipedlərdə və 24 saatfəaliyyət göstərəcək xüsusi şatllarla hərəkət edə biləcəklər.

69. Rusiya və Belarus yığmaları Olimpiadaya Fərdi NeytralAtletlər (AİN) komandasının üzvü kimi qatıla biləcək.

70. Azərbaycan yalnız iki dəfə - Atlanta-1996 və Tokio-2020-dəqızıl qazanmayıb.

71. Olimpiya kəndinin yeməkxanası gündə 40 min “pors” yeməkhazırlayacaq.

72. Azərbaycan medal qazandığı boks, kanoe və karatedə çempionolmayıb.

73. Olimpiya Oyunları ümumilikdə 17 gün davam edəcək.

74. İki Olimpiadada – Sidney-2000 və London-2012-də Azərbaycaniki qızıl əldə edib.

75. Paris meri Ann İdalqo açılış mərasimindən öncə Senadaçiməcəyinə söz verib.

76. Azərbaycan ən çox – 56 idmançı ilə Rio-2016-da iştirakedib.

77. Bağlanış mərasimində Olimpiya estafeti Los-Anceles-2028-intəşkilatçısı ABŞ-a veriləcək.

Chosen
222
11
az.trend.az

10Sources