Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri haqqında bəyanat dərc edib. Bəyanatda qeyd olunur ki, parlament sarayına giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq.Bəyanata əsasən, parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli “Gürcüstan parlamentinin sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il aprelin 18-dən sarı təhlükəsizlik səviyyəsi tətbiq ediləcək. Parlamentin planlaşdırılan tədbirlərinə, o cümlədən komitə iclaslarına yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq."Məhdudiyyət televiziya şirkətlərinin/telemedianın akkreditə olunmuş jurnalistlərinə şamil edilmir. Bu tədbirin məqsədi Gürcüstan parlamentinin sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - məlumatda deyilib.Mətləb