Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsi üzrə Azərbaycanın təşviqedici fəaliyyəti və IEA ilə bu çərçivədə intensiv əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Moderator.az xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun BMT Baş Assambleyasının tədbiri çərçivəsində IEA-nin icraçı direktorunun müavini Meri Burs Uorlik ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə Azərbaycanda bərpa olunan enerji istehsal güclərinin yaradılması, şəbəkəyə inteqrasiyası, dənizdə külək enerjisindən istifadə və müxtəlif istiqamətlərdə “yaşıl enerji” dəhlizləri layihələrinin həyata keçirilməsi ilə bağlı yeniliklərdən bəhs olunub. Həmçinin “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” və “Qlobal Metan Vədi” təşəbbüslərinə qoşulan Azərbaycanın enerji səmərəliliyi, emissiyaların azaldılması üzrə gördüyü tədbirlər nəzərdən keçirilib. Bu istiqamətdə “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindən hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin layihəsi müzakirə edilib və bu sənədin əhəmiyyəti öhdəliklərə töhfə aspektində dəyərləndirilib.
09:52
Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib.
Moderator.az xəbər verri ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"IEA-in icraçı direktorunun müavini Meri Burs Uorlik ilə “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin hazırlanması, enerji sahəsində ikitərəfli və COP29 formatında əməkdaşlığa dair səmərəli görüşümüz oldu", - nazir qeyd edib.