EN

Bu, Azərbaycanın nailiyyətidir - Paşinyan

Bu, Azərbaycan üçün nailiyyətdir, amma onu da vurğulamaq istəyirəm ki, bu, Ermənistan üçün mühüm nailiyyətdir.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı  imzalanmış protokola istinadən bildirib.

“Əslində, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını artıq ikitərəfli imzalarla təsdiqləyib", - o qeyd edib.

“Biz indi sərhədin bu hissəsi ilə bağlı razılığa gəldik, lakin biz həm də sərhədin demarkasiyası ilə bağlı bütün sonrakı proses üçün fundamental prinsip qəbul etmişik, bu o deməkdir ki, bütün mübahisəli məsələlər danışıqlar masasında əldə edilmiş razılaşmalara uyğun olaraq tənzimlənməli və həllini tapmalıdır”, - Paşinyan vurğulayıb.

Mürtəza
Ölkə.Az

Chosen
108
olke.az

1Sources