EN

Keçmiş erməni hərbçi nazirin üstünə cumdu

Səhər saatlarından Gürcüstana aparan magistral yolu bağlayan Tavuş rayonunun Xeyrimli (Kirants) kəndinin sakinləri ilə rəsmilər arasında insident yaşanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, münasibətlər gərginləşib və daxili işlər naziri Vahe Qazaryanla ehtiyatda olan polkovnik Mihran Maxsudyan arasında dava düşüb.

“Mən Voskepar və Ermənistanda istənilən torpaq uğrunda döyüşəcəm”, - deyə Maxsudyan nazirə bildirib.

Sonra isə “Qarşımda barmağını yelləmə. Biz uzun yol qət etmişik”, söyləyib. Başqa bir revanşist isə “Torpaqdan əl çəksən, sabah bir şey olacaq, cavab verəcəksən? Mən Voskepardanam, danışmağa haqqım var”, deyərək sərsəmləyib.

Mübahisə bir anda alovlanıb, orada olanların çoxu araya girib və gərginliyin davam etməsinə imkan verməyib. Bir qrup xəstə təfəkkürlü revanşistin etirazına baxmayaraq, yolda hərəkət bərpa edilib.

Musavat.com

Chosen
194
1
musavat.com

10Sources