Rusiya, Misir, Qətər və Türkiyə Qəzza zolağının təhlükəsizliyinin təminatçısı olmalıdır.Bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə çıxış edib.O, “A Haber” telekanalına müsahibəsində bildirib ki, HƏMAS-ın bu məsələdəki tələbləri qüvvədə qalır.“Biz Misir, Qətər, Türkiyə və Rusiyanın BMT-nin qarant ölkələri olmasını istəyirik. Təbii ki, ABŞ də gələcəkdə ola bilər. Lakin İsrail buna davamlı olaraq qarşı çıxır”, - o əlavə edib.