EN

"Milan" Piolini istefaya göndərir

style='margin-bottom:10px;'>

"Milan"ın baş məşqçisi Stefano Piolini bu mövsümün sonunda istefaya göndərəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesablarında yazıb. Bildirilib ki, klub artıq komandaya yeni baş məşqçi axtarır.

Aprelin 22-də "Milan" A Seriyasının 33-cü turunun matçında "İnter"ə uduzub (1:2). Bu qələbə sayəsində "İnter" (86 xal) vaxtından əvvəl İtaliya çempionu olub. “Milan” rəqibindən 17 xal geri qalır və turnir cədvəlində 2-cidir.

Pioli 2019-cu ilin oktyabrından "Milan"ı çalışdırır. Onun müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Chosen
74
1
teleqraf.com

2Sources