EN

Ölkədə dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazisində dövriyyəsiməhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklikedilir.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirəyə çıxarılan “AzərbaycanRespublikasının ərazisində dövriyyəsi qadağan edilmiş,məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotropmaddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına,ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələbolunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisindədövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısındanDekstrometorfan və Buprenorfin çıxarılıb.

Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasınınərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasınadaxil edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Məqalədə:
Chosen
96
13
az.trend.az

10Sources